Martın 11-də Dövlət Gömrük Komitəsində Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Viktoriya Romero ilə görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə iki ölkənin gömrük orqanları arasındakı münasibətlərdən, əməkdaşlığın perspektivlərindən bəhs edilib, “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı inzibati yardım haqqında” Sazişin qısa zaman ərzində imzalanmasının əhəmiyyəti vurğulanıb. Sözügedən sazişin iki ölkənin gömrük qurumları arasında institusional əlaqələrin möhkəmlənməsi ilə yanaşı, iqtisadi münasibətlərin və ticarətin genişlənməsinə də mühüm töhfə verəcəyi bildirilib.
Görüş zamanı gömrük işi sahəsində müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin aparılması, birgə təşəbbüslər və layihələr üzərində əməkdaşlığın qurulması imkanları müzakirə olunub.


