Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Laçın rayonunda sakinlərin müraciətlərini dinləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, əvvəlcə Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

Həmin gün vətəndaşlar məşğulluq, sosial təminat, əlillik və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.













Sosial həyat