Özbəkistanda AQTİS-in təqdimatı olub

post-img

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistana səfəri davam edir.

Bu barədə XQ-yə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfərin növbəti günündə agentliyin mütəxəssisləri tərəfindən “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) barədə Özbəkistan tərəfinə geniş təqdimat edilib. Təqdimat zamanı AQTİS-in modulları, login sistemi, qeydiyyat və təsdiq, heyvanların identifikasiyası, həmçinin idxal-ixrac əməliyyatları barədə ətraflı məlumat verilib.

Vurğulanıb ki, AQTİS qida təhlükəsizliyi sahəsində şəffaflığın və hesabatlılığın təmin edilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, həyata keçirilən tədbirlərin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə yaradılan elektron sistemdir.

Xatırladaq ki, Özbəkistanda qida təhlükəsizliyi sahəsində Azərbaycan təcrübəsinin tətbiqi nəzərdə tutulur.

Sosial həyat