Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru ilə ANAMA-da görüş olub

post-img

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru, səfir Tobias Privitelli ilə görüş keçirib.

XQ xəbər verir ki, görüşdə, səfirə ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən Agentliyin fəaliyyəti barədə geniş təqdimat edilib. 

Görüş zamanı mina təhlükəsi ilə mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilatlardan olan Cenevrə Beynəlxalq Humanitar Minatəmizəmə Mərkəzi ilə Agentlik arasında cari ildə imzalanmış “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təmin edilməsinə dair” Anlaşma Memorandumunun icrası ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə və təlim mübadiləsi, informasiyanın idarə edilməsi, innovativ yanaşmaların tətbiqi, potensialın gücləndirilməsi və birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri ətrafında danışıqlar aparılıb.  

Qeyd edək ki, görüşdə İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Ştehli də iştirak edib.



Sosial həyat