Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri əlaqələrimizin inkişafına mühüm töhfələr verəcək

post-img

Azərbaycan ilə Slovakiya arasında 1993-cü ildə əsası qoyulan diplomatik əlaqələr ötən il Prezident İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso arasında imzalanan Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə ilə ən yüksək səviyyəyə qalxdı. Liderlər bununla Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifənin açıldığını bəyan etdilər.

İki ölkə arasında münasibətlər yüksəksəviyyəli səfərlər, parlament diplomatiyası və iqtisadi layihələr vasitəsilə inkişaf etdirilir. Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri və keçirilən görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

Siyasət