8 noyabr- Zəfər Günü Aktauda qeyd olunub

post-img

8 noyabr-Zəfər Gününün beşinci ildönümü ilə bağlı Aktau şəhərində bayram tədbiri keçirilib.

Ziyafətdə Manqistau Vilayət Maslixatının, Xalq Nəzarəti Şurasının, Aktau şəhərinin rəhbərliyi, Türkiyənin, İranın, Özbəkistanın, Türkmənistanın Aktaudakı baş konsulları və konsulluğun əməkdaşları, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rəhbərlərı, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

İştirakçılar öncə Vətən Müharibəsi ilə bağlı fotosərgi ilə tanış olublar. Sonra baş konsul Ayxan Süleymanlı, Manqistau Vilayət Maslixatının sədri Janbırbay Matayev, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti İlkin Orucov, “Dostluq” Etnomədəni Birliyinin üzvü Vaqif Nəbiyev çıxış ediblər. Çıxışlar zamanı böyük ekranda Vətən Müharibəsi ilə əlaqədar baş konsulluq tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilib.

Çıxışlardan sonra təşkil edilmiş ziyafətdə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradının videogörüntüləri nümayiş etdirilib, konsert proqramı təqdim edilib, Azərbaycanın və Qazaxıstanın milli rəqsləri ifa olunub. 

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Aktau







Sosial həyat