Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib

post-img

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası baş tutub. İclas zamanı Şuranın fəaliyyət planı, həyata keçirilmiş işlər, daxil olmuş müraciətlər və onların icrası istiqamətində görülən tədbirlər müzakirə olunub.

Həmçinin, ehtiyacı olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən hüquqi yardımlar barədə məlumat verilib.

XQ xəbər verir ki, görüşdə qarşıdakı rüb üçün nəzərdə tutulan fəaliyyətlər, icra olunan layihələr, monitorinq səfərləri və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Sosial həyat