Xocalıya Böyük Qayıdış: İndiyədək 800-ə yaxın xocalılı doğma yurduna qayıdıb

post-img

Böyük Qayıdış proqramı çərçivəsində Xocalı rayonuna indiyədək 164 ailə (766 nəfər) köçürülüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın soruğusuna cavab olaraq bildirilib ki, onlardan 52 ailə (204 nəfər) Xocalı şəhərinə, 112 ailə (562 nəfər) isə Ballıca kəndinə yerləşdirilib.

Qeyd edək ki, Xocalı şəhərinə ilk köç 2024-cü il mayın 27-də həyata keçirilib. Bölgədə yaşayış üçün zəruri infrastruktur qurulub, sosial obyektlər istifadəyə verilib. Məcburi köçkünlərin geri dönüşü mərhələli şəkildə davam etdirilir.

Sosial həyat