Şəfa mənbəyi darçının 10 faydası

post-img

Xoş qoxusu və faydaları ilə darçın hər zaman mətbəxdə saxladığımız ən möcüzəli ədviyyatlardan biridir.

Qlobal.net     bildirir ki, darçın 18-ci əsrdə Avropasında yüksək iqtisadi dəyəri ilə zənginlik simvoluna çevrilmişdi.

Bəs darçının faydaları nələrdir?

1. İmmuniteti gücləndirir: Antioksidantlar bədəndən zərərli maddələrin atılmasını asanlaşdırır. Darçındakı antioksidantlar sayəsində daha güclü və möhkəm bədənə sahib olmağımıza kömək edir.

2. İnfeksiyalar ilə savaşır: Havalar soyuduqca hər kəsin qarşılaşdığı soyuqdəymə, qrip, öskürək və ya tənəffüs yolu infeksiyası kimi xəstəliklərə qarşı faydalıdır və müalicəvi xüsusiyyətləri ilə yanaşı, bədənin müqavimətini artıraraq xəstəliklərdən qorunmağa dəstək verir.

3. Diabetlə mübarizəni dəstəkləyir: Qan dövranı üçün faydalı olan darçın insulinə həssaslığı artırır. Xüsusilə 2-ci diabet xəstələri üçün tövsiyə olunan ədviyyatdır.

4. Neyrodegenerativ pozğunluqların riskini azaldır: Darçın qoxusunun rahatlaşdırıcı təsiri depressiya və sinirlərə yaxşı gəlir. Xüsusilə stressin yaratdığı depressiyaya qarşı təsirlidir və kəskin qoxusu ilə zehni gücləndirən təbii qaynaqdır. Dövrün ən ciddi xəstəliklərindən biri olan Alzheimer xəstəliyi ilə zədələnmiş beyin hüceyrələrini bərpa etdiyi də sübut edilmişdir.

5. Ana südünü artırır: Bəzi araşdırmalar göstərib ki, əmizdirən anaların darçın ədviyyatı istehlak etdikdə süd istehsalı artır. Darçın dərinin elastikliyini artıra biləcəyi üçün hamiləlik dövründə kilo alması səbəbiylə meydana gələ biləcək uzanma izlərinə qarşı tədbir olaraq da istehlak edilə bilər.

6. Arıqlamağa kömək edir: Xüsusilə müntəzəm olaraq istehlak edildikdə, darçınlı çay yağların əriməsinə kömək edir və xolesterini aşağı salır.

7. Ağız Və diş sağlamlığını qoruyur: Antibakterial xüsusiyyəti ilə diş çürüməsini ləngidən qida maddəsi diş ətində və dişlərdə əmələ gələn bakteriyaları təmizləyir. Xüsusilə ağız yuyucusu kimi istifadə edildikdə diş və ağız sağlamlığını yaxşılaşdırmağa kömək edir.

8. Bağırsaqları rahatladır: Ənənəvi təbabətdə bağırsaq problemlərinə qarşı istifadə edilən ən təsirli qidalardan biri olan darçın bağırsaqlarda və mədədə şişkinlik və qaz problemlərinə qarşı istifadə edilən təbii bir həlldir. Məlumdur ki, su ilə qarışdırılıb çay kimi içildikdə bağırsaq xəstəliklərini aradan qaldırmaqla yanaşı, həzm sistemini də tənzimləyir.

9. Dəriyə yaxşı təsir edir: Darçın arıqlamaqla yanaşı dəri ləkələrinə də yaxşı gəldiyi üçün qadınların istifadə edə biləcəyi unikal ədviyyatlardan biridir. Xüsusilə bal ilə hazırlanan darçın maskası dərini təravətləndirir və dəri gözəlliyinə təbii toxunuş verir.

10. Xərçəng riskini azaldır: Xüsusilə xərçənglə bağlı dərman ədviyyatının profilaktik xüsusiyyətlərinə diqqət yetirilir. Darçın nitrozaminlə əlaqəli bağırsaq xərçənginə qarşı profilaktikdir.

Sosial həyat