Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qusar, Quba və Xaçmaz rayon sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Xatırladırıq ki, müraciətlər əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
XQ