Xankəndi, Xocalı və Ağdərədə uşaqlara bayram sovqatı paylanılıb

post-img

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli və Xocalı rayonu 1 saylı orta məktəblərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram tədbirləri keçirilib. Tədbirlərdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəsmiləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər təhsil işçilərini və şagirdləri hər iki bayram münasibətilə təbrik edib, dövlətin gənclərə, yeniyetmələrə və təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, yeni təhsil ocaqları tikilir. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz ata-baba torpaqlarına qayıdırlar.

Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə hər iki məktəbdə təhsil alan şagirdlərə bayram sovqatları təqdim olunub.

Ağdərə rayonu Talış kənd tam orta məktəbində və məktəbəqədər təhsil müəssisəsində də uşaqlar bayram sevinci yaşayıblar. Xocalı rayonunda isə təkcə məktəblərdə deyil, rayonda yaşayan uşaqlara da Yeni il hədiyyələri paylanıb.





Sosial həyat