Azərbaycan banklarının bayram günlərində iş qrafiki açıqlanıb

post-img

2024-cü il 30 dekabr–5 yanvar 2025–ci il tarixlərində olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Azərbaycan Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 13 bankın 97 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

Banklar - https://uploads.cbar.az/press-releases/8d2a9e16d863ac503cc160684.pdf 

"Azәrpoçt" MMC - https://uploads.cbar.az/press-releases/d3c6ce64359f77dceb8200f71.pdf 

Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/0420ba1d1eb9d1920de7d699e.pdf

İqtisadiyyat