Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri 2024-cü ilin ötən dövründə 271 repatriantla sosial reabilitasiya işi aparıb.
Repatriasiya olunmuş hər bir şəxsin, ilk növbədə, sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilib. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanıb. Bundan sonra həmin plan üzrə sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilib.
Agentlik tərəfindən hazırda 47 repatriantla sosial iş çərçivəsində reabilitasiya xidmətləri davam etdirilir. Ümumilikdə isə 2018-ci ildən bugünədək agentlik 500-dən çox repatriantı sosial reabilitasiya xidmətləri ilə təmin edib.
XQ