Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmələr Goranboy rayonunda və Mingəçevir şəhərində təşkil olunub. Məqsəd layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etməkdir.
İşsiz şəxslərin iştirakı ilə keçirilən dinləmələrdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib. Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.
Əlavə dəstək mexanizmi kimi layihə çərçivəsində təşkil edilən “Həvəsləndirmə mükafatı” müsabiqəsi və digər məşğulluğa dəstək mexanizmləri barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
XQ