Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda sakinlərlə görüşüb. Görüşdən əvvəl səlahiyyətli nümayəndə ümummilli lider Heydər Əliyevin Ordubad şəhərində ucalan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb.
Sonra vətəndaşları, o cümlədən şəhid ailəsi üzvünü qəbul edən səlahiyyətli nümayəndə onların hər biri ilə fərdi söhbət aparıb, problem və təkliflərini dinləyib. Müraciətlər qeydə alınıb, həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilib.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri