“COP29 əvvəlki COP-larla müqayisədə kifayət qədər yüksək səviyyədə təşkil olunub. Məkan çox geniş və rahatdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən Qlobal Yaşıl İnkişaf İnstitutunun aparıcı meneceri Tiaqo Çaqas deyib.
Onun sözlərinə görə COP29 qlobal səviyyədə iqlim məsələlərini həll etmək üçün yeganə yoldur.
İştirakçı bildirib ki, COP29-da ölkələr tezliklə razılığa gəlməlidir.
Həmçinin o, Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib.
“Azərbaycan çox yaxşı ev sahibidir. COP29-un təşkilatçılığı əla alınıb. Bunun üçün ev sahibi Azərbaycanı alqışlayıram”, - deyə qonaq vurğulayıb.