Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub

post-img

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub. İclasa ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar sədrlik edib.

Pakistanın xarici işlər katibi Amna Baloç və Baş nazirin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam iclasda qlobal iqlim sammitinə gedən hazırlıqlar barədə məlumat veriblər.

Görüş zamanı rəsmilər Pakistanın konfransdan gözləntilərini vurğulayıblar.

Sosial həyat