Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “yaşıl həllər”i dəstəkləyən fəaliyyət və təşəbbüsləri barədə təqdim etdiyi məlumatlar ABŞ-nin “Communitas” beynəlxalq təşkilatının “Communitas Awards” beynəlxalq müsabiqəsində yüksək qiymətləndirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti müsabiqədə “Yaşıl təşəbbüsdə mükəmməllik” nominasiyası üzrə ali mükafata layiq görülüb.

“Communitas” mükafatları cəmiyyətlərin maddi və sosial rifahı naminə səy və resurslarını səfərbər edərək bu sahədə səmərəli təşəbbüslər həyata keçirən təşkilatlardan ən uğurlu təcrübələri ilə seçilənlərə təqdim edilir.

Bununla da, Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin ötən dövründə 10 beynəlxalq mükafatla təltif edilib

Sosial həyat