Aralıq dənizi pəhrizi nədir?

post-img

Aralıq dənizi pəhrizi ürək və metabolik xəstəliklər riskini azaldır. Tədqiqatçılar həmin reseptə riayət etməklə, 2 və ya daha çox kardiometabolik xəstəliyin inkişaf riski arasındakı əlaqəni araşdırıblar.

Məlum olub ki, Aralıq dənizi pəhrizi kardiometabolik xəstəliklə yanaşı, elmlə məşğul olan insanlar arasında yaranan bir çox xəstəliklərin də qarşısını alır. Pəhrizin 10 il ərzində 0,67 və 15 il müddətində isə 0,80 təhlükə göstəricilərinə qarşı qoruyucu təsirləri aşkar edilib.

Qeyd edək ki, Aralıq dənizi ölkələrində tətbiq olunan pəhriz sistemində əsas üstünlük qatqısız taxıllara, meyvə və tərəvəzə, zeytun yağına, paxlalılara və sairəyə verilir. Şəkər əvəzinə, baldan istifadə olunur. Bura balıq, dəniz məhsulları, quş əti və az miqdarda qırmızı ətdə olan sağlam heyvan zülalları, keçi və qoyun südü məhsulları daxildir.

Yeməklərdən əlavə, gündə 1 stəkandan çox olmayaraq qırmızı şərab və gündə, ən azı, 6 stəkan su qəbul edilir. Vacib şərtlərdən biri də fiziki hərəkətlərlə gündə 1800-dən 2500-ə qədər kalori itirməkdir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat