Həkimlər hipertoniyadan əziyyət çəkən insanlar üçün xüsusi müalicəvi pəhriz tövsiyə edir. Hipertoniya xəstələri öz qidalanmasından yağlı, duzlu, qızardılmış, hisə verilmiş, duza qoyulmuş qidaları çıxarmalıdırlar. Məhz bu qidaların qəbulu təzyiqin artmasına səbəb olur.
Hipertoniyadan əziyyət çəkən insanlar üçün ən faydalı məhsullar:
1. Balıq. Elmi araşdırmalar nəticəsində məlum oldu ki, balığın tez-tez qəbulu təzyiqin tənzimlənməsinə kömək edir. Balıq, təbii ki, suda və ya buğda bişirilməlidir, qızardılmış balıq yemək olmaz.
2. Quru meyvələr: kişmiş, ərik və qara gavalı qurusu.
3. Süd məhsulları: süd, qatıq, kəsmik, kefir, pendir (çox duzlu olmamalıdır).
4. Meyvə və giləmeyvələr: alma, banan, avokado, qara qarağat, itburnu, qarpız, kivi, limon, portağal, narıngi, qreypfrut.
5. Tərəvəzlər: sarımsaq, kələmin bütün növləri, bibər, xiyar, çuğundur, balqabaq, kök.
6. Göyərti: cəfəri, ispanaq, kərəviz.
7. Qoz-fındıq: araxis, badam.
8. Sıyıqlar: qarabaşaq, yulaf yarması.
9. Paxlalı bitkilər: noxud, lobya, mərci.
Z.HÜSEYNLİ
XQ