Nəyi və necə oxuyaq?

post-img

Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun və Mәdәniyyәt Nazirliyinin birgə təşkilatçılığı ilə Sumqayıt Poeziya Evində “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsi təqdim olunub.

Mərasimdə Sumqayıt Dövlət Universitetinin Texniki Kollecinin, Sumqayıt Tibb və Musiqi kolleclərinin, Peşə Təhsil Mərkəzinin tələbələri, 27, 33 və 34 nömrəli məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər. Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçiyev bildirib ki, layihәnin ilk mәrhәlәsindә yeniyetmә vә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabı vә “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib. İkinci mәrhәlәdә ölkә şәhәrlәrindә görüşlәr keçirilir, mövzu ilә bağlı müzakirәlәr aparılır, sözügedən kitabların nüsxələri oxuculara hәdiyyә edilir.

Sonra Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Əməkdar müəllim Ofelya Babayeva, AYB Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı, birliyin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanlı yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşmasında bədii ədəbiyyatın rolundan danışıblar. “Xan xəzinəsi” bukinist kitab mağazaları şəbəkəsinin qurucusu Xan Rəsuloğlu faydalı kitabları necə seçmək barədə tövsiyələr verib. Qazaxıstan yazıçısı, Türk dünyası tarixinin və ədəbiyyatının araşdırmaçısı Madi Raimov qardaş ölkədə bu sahədə tətbiq edilən innovativ metodlardan bəhs edib.

Toplantıda layihə ilə bağlı geniş müzakirə aparılıb.

XQ

Sosial həyat