Müasir dini təhsil modellərinə həsr olunmuş konfrans keçiriləcək

post-img

Cari ilin oktyabr ayının 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr
olunan respublika elmi-praktik konfransı keçiriləcək.

Elmi-praktik konfrans ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həlli ilə bağlı təkliflərin müzakirəsi məqsədilə təşkil olunur.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyindəki qurumların rəhbərliyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz
Müsəlmanları İdarəsinin nümayəndələri, Milli Məclisin deputatları, eləcə də dini icma sədrləri iştirak edəcəklər.

Tədbir Aİİ-nin inzibati binasındakı (Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29) konfrans zalında saat 10:00-da başlayacaq.

XQ

Sosial həyat