Oktyabrın 15-də Abdulla Şaiqin mənzil-muzeyində “Füzuli rindü-şeydadır...” adlı ədəbi-bədii və musiqili tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən təşkil olunub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı ədəbiyyatşünas alimləri, Abdulla Şaiqin mənzil-muzeyinin əməkdaşları, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları və İncəsənət Gimnaziyasının gənc istedadları iştirak ediblər.