Ölkə ərazisində qeydə alınan 36 cinayətin üstü açılıb

post-img

Oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat