Goranboy: bir il qabaq, bugünkü gün…

post-img

Goranboyda  şəhid Hüseyn  Nəsibovun ildönümü mərasimi keçirilmişdir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər məsul şəxsləri ilə birlikdə 2023-cü ilin 20 sentyabrında Müdafiə Nazirliyinin Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatı zamanı şəhid olan Qızılhacılı qəsəbəsindən Nəsibov Hüseyn Əfqan oğlunun ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak etmişdir.

Şəhidimizin məzarı, şəhid ailələri,  qazilər və ictimaiyyət nümayəndələri ilə birgə ziyarət edilmiş, əziz xatirəsi ehtiramla anılmışdır.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

















Sosial həyat