Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 20 sentyabr Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
İnstitutun direktoru İbrahim Cəfərov Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında söz açmış, bu günün təsis edilməsini tarixi zəfərin hüquqi-siyasi qiymət olduğunu vurğulamışdır.
“Cəmi 23 saat 43 dəqiqəyə dövlət suverenliyi bərpa olundu. Bəlkə də, tarixdə belə bir qələbəyə kimsə nail olmayıb. İndi Qarabağ üçün canını fəda etmiş bütün qəhrəmanların ruhu şaddır. Bu qələbəni xalqımıza yaşatdılar. Elə xalqımıza da qələbə yaraşır, Zəfər yaraşır.”
Daha sonra çıxış edənlər qeyd etmişlər ki, sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hamlet Qasımov
XQ-nin bölgə müxbir
Gəncə