Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 17-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən “Tufan” markalı motosiklet oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Məlumatı DİN mətbuat xidməti verib.
Bundan başqa, Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşları rayon ərazisində yerləşən iaşə obyektində bir nəfərin 2200 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən C.Dadaşlını, Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları isə parkda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Əhmədovu saxlayıblar.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ