2 tonluq çətənə kolu məhv edilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 19-da ümumi çəkisi 3,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları isə Nabran kəndi ərazisində yabanı halda bitmiş 2  ton çəkidə 1493 ədəd çətənə kolunu aşkarlayaraq məhv ediblər. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat