Şəhid ailələrinə təhsil dəstəyi

post-img

“YAŞAT” Fondu bu il də tələbə adı qazanan şəhid övladlarına 2 min AZN pul mükafatı verəcək.  

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşdə bildirib. O, gəncləri təbrik edib, təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş iştirakçılarına fondun təsis etdiyi birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub.  

XQ

 

Sosial həyat