Gəncədə şəhid övladları ilə görüş

post-img

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında Vətən uğrunda canlarından keçən şəhidlərimizin birinci sinfə gedən övladları ilə görüş keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul ­əməkdaşları, şəhid ailələri iştirak ediblər.

Niyazi Bayramov çıxış edərək, Prezident İlham Əliyevin və Birinci ­vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına və veteranlarına göstərdiyi diqqət və qayğıdan söz açıb. Şəhər rəhbəri şəhidlərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Bayram Aslanov qeyd edib ki, Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.

Şəhid ailələri adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə   minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid övladlarına məktəbli formaları təqdim edilib.

Hamlet QASIMOV
XQ

 

Sosial həyat