“Ağ adam”ın işıqlı dünyası

post-img

Rəşad Məcidin 60 illik yubileyinə töhfə kimi hazırlanmış kitab “Ağ adam” adlanır.   

Yeni nəşri müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalının redaksiya heyəti Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, tanınmış şair, jurnalist, “525-ci qəzet”in baş redaktoru olan Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin haqqında müxtəlif mətbu orqanlarda yayımlanmış seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirib.  

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı ön sözündə yubliyarın həyat və yaradıcılıq fəaliyyəti barədə dolğun məlumat verilib. Kitabda Fəxri Uğurlunun, professor Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm sahiblərinin Rəşad Məcidin ömür yoluna işıq tutan yazıları da yer alıb. 

“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın tərtib etdiyi  “Ağ adam” ­kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.

Rizvan FİKRƏTOĞLU 
XQ

 

Sosial həyat