384 göyçaylı gənc tələbə adı qazanıb

post-img

Göyçaydakı Heydər Əliyev Mərkəzində ali məktəblərə yüksək nəticələrlə qəbul edilmiş tələ­bələrlə görüş keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova universitetlərə qəbulda qazanılan uğuru diqqətə çatdıraraq bildirib ki, bu il 384 nəfər göyçaylı məzun tələbə adına layiq görülüb. Onlardan 29-u 600 baldan yuxarı, 86-sı isə 500 baldan yuxarı nəticə əldə edib. 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev gəncləri tələbə adına layiq görülmələri mü­nasibətilə təbrik edib, onlara yeni uğurlar arzulayıb. O, gənclərin vətənpərvər ruhda böyüməsinin əhəmiyyəti­ni xüsusi vurğulayıb. Rayon rəhbəri tələbələrə ali mək­təbi bitirdikdən sonra dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməyi, bilikli mütəxəssislər kimi yetişərək, səmərəli fəaliyyət göstərməyi tövsiyə edib. 

Şəhid atası Akif Kərimov, rayon təhsil sektorunun müdiri Rauf Məmmədov, Dövlət İmtahan Mərkəzi Göyçay Regional Bölməsinin müdiri Elnur Qədirov, rayon üzrə ən yüksək nəticə – 692 bal toplayan tələbə Əkrəm Xəlilzadə, 690 bal toplayan Maarif Eyvazov, 660 balla tələbə adını qazanmış Paşa Sultanlının anası Səbinə Sultanlı tədbirin təşkilinə və tələbələrə göstə­rilən diqqətə görə rayon icra hakimiyyətinə öz təşək­kürlərini bildiriblər. 

Sonda tələbələrə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib. 

İ.MUSAOĞLU,
“XQ”nin bölgə müxbiri

Göyçay

Sosial həyat