“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası seçki marafonunda iştirak edən siyasi partiya və bitərəf, QHT sektoru və bələdiyyələrdə fəaliyyət göstərən namizədlər, həmçinin monitorinq və müşahidə fəaliyyətini həyata keçirilən yerli və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlər keçirir.
AZƏRTAC xəbər verir ki, avqustun 23-də “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçiləri Vüqar Tofiqli, Zaur İbrahimli və Ramil İskəndərli bələdiyyə üzvü və qulluqçuları olan namizədlərlə görüşüblər.
Görüşdə Səbail, M. Ə. Rəsulzadı, Yasamal, Bİnəqədi, Nəsimi, Ramana və digər bələdiyyələrdən olan 20-dək üzv və qulluqçu iştirak edib.
Görüş zamanı seçkiqabağı təşviqat proseslərində namizədlərin fəaliyyəti, əhali qrupları ilə görüşlər və maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Ümumilikdə seçki marafonunda iştirak edən namizədlərdən 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır. Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü, 20 nəfəri isə bələdiyyə qulluqçusudur. İki nəfəri isə bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş). Otuz namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir.