Basketbolçumuz liderlər sırasında

post-img

Basketbolun 3x3 növü üzrə Avropa kubokunun ilk günündən sonra ən məhsuldar oyunçular açıqlanıb.

2 matçda 13 xal toplayan Azərbaycan yığmasının basketbolçusu Dina Ulyanova da liderlər sırasında yer alıb. O, yalnız ispaniyalı Sandra Yqueravidedən geri qalır. Pireneyli basketbolçunun hesabında 20 xal var. Dina komandamızın xallarının təxminən 68 faizini toplayıb.

Qeyd edək ki, qrupda İspaniyaya 12:20, Avstriyaya 7:21 hesabı ilə uduzan yığmamız mübarizəni başa vurub.

L.QURBANOVA

XQ

İdman