Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi 22 iyul-Millli Mətbuat Günü münasibətilə media işçiləri üçün maraqlı bir gecə təşkil edib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları və KİV nümyəndələri iştirak ediblər.
İdarə müdiri Anar Qədiməliyev media təmsilçilərini peşə bayramı münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Media nümayəndələri göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Tədbirdə musiqi üçlüyünin rəngarəng ifaları məclisdə xoş ovqat yaradıb.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə şəhəri.