AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

post-img

Milli mətbuatımızın 149 illiyi və Milli Mətbuat Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarı ziyarət olunub, önünə güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi dərin ehtiramla yad edilib.





Sosial həyat