Qanunsuz saxlanılan odlu silahlar götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

İyulun 1-də polis əməkdaşları 3 ədəd tüfəng təhvil götürüblər. 
Keçirilən əməliyyat tədbirləri ilə 1 tapança, 1 patron darağı və 4 ədəd patron da aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat