...Sonda tort, yoxsa qarpız?

post-img

Dünyada, elə Azərbaycanda da təfəkkürlərdə bərk oturuşmuş stereotiplər var. Məsələn, ad günlərində sonda tort gətirilməli, şamlar yandırılıb “Happy Birthday” oxunmalıdır. Bunsuz istənilən bayram, bayram sayılmır.

Məni həkim kimi bu məsələnin tibbi tərəfi həmişə narahat edirdi. Mədəsi dolu insanların (uşaq­ların da) əlavə tort yemələri mədəaltı vəzi başda olmaqla, bütün daxili orqan­lara çox güclü mənfi zərbədir.

Dünən mən öz əlamətdar günümdə bu ənənəni pozdum və qarpızı or­tadan kəsdim və hamı şamla “Ad günün mübarək” oxudu. Bütün iştirakçı­lar bu sürprizimi maraqla qarşıladılar.

Deməliyəm ki, qarpız desert olaraq sağlamlıq üçün xeyirlidir.

Əminəm ki, mənim bu yazımın mövcud ənənəyə heç bir təsiri olma­yacaq. Sadəcə, bilin ki, bəlkə də, dünyada ilk olaraq Sumqayıtda belə bir təşəbbüs oldu.

Kim bilir, bəlkə, kimsə bunu təkrar etmək istədi.

Niyə də olmasın, xeyirdir axı…

Hümbət HƏSƏNOĞLU,
Sumqayıt sakini

Sosial həyat