Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Gecə 20-24°, gündüz 28-33° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı – 758 mm civə sütunu, nisbi rütubət gecə 55-65 , gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağışlar olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 31-36°, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacaq.
Q. QASIMOV
XQ