Kivi antioksidant və C vitamini mənbəyidir. Onun dəri sağlamlığı üçün müalicəvi təsirləri var. Ona görə də mütəxəssislər daim gənc görünmək istəyənlərə bu meyvədən istifadəni tövsiyə edirlər.
Xanımlar gənc qalmaq üçün dəriyə müxtəlif qulluq məhsullarından istifadə edirlər. Amma dietoloqların fikrincə, gənc görünüş üçün qidalanmanın böyük təsiri var.
Kivi istehlakı həm cavanlaşdırır, həm də sağlam hüceyrələrin sayını artırır. C vitamini ilə zəngin olan meyvə dəri hüceyrələrini yeniləyərək, dermis qatında qocalmanı zəiflədir. Zədələnmiş hüceyrələrin tez bir zamanda bərpasına kömək edir. Bu meyvə lif zənginliyi ilə də diqqət çəkir. Təbiətdə ən yüksək antioksidant tərkibə malik meyvələrdən biridir.
Lütien və zeaksantinlə zəngin olan kivi qocalmağa meyilli hüceyrələri aradan qaldıraraq yeni hüceyrələrin əmələ gəlməsinə kömək edir. Həmçinin qırışların və dəri sallanmalarının qarşısını alır. Göz ətrafındakı qaraltıları və şişkinliyi azaltmağa kömək edir.
Kivi saçların daha parlaq və canlı görünməsinə də kömək edir. Saç follikullarında vitamin çatışmazlığını aradan qaldıraraq sağlam saçların uzanmasını dəstəkləyir. Bütün bunlar üçün kivini mütəmadi yemək lazımdır.
Ancaq allergiya riski olanların bu meyvədən istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşməsi vacibdir.
Z.HÜSEYNLİ
XQ