Bələdiyyə sistemindəki ən böyük maneə işğaldan azad edilmiş ərazilərdə 30 il ərzində bələdiyyə məntəqələrinin olmaması idi. Ona görə də bu sistemin tanıdılması, genişləndirilməsi istiqamətində bir sıra ciddi addımlar atılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri bələdiyyə məsələləri üzrə ekspert Vüqar Tofiqli "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" kitabının təqdimatında söyləyib.
O bildirib ki, bələdiyyə sisteminin büdcə gəlirlərinin artması da ölkəmizdə bələdiyyələrin inkişafına səbəb olacaq.