Mərkəzi Afrika Respublikasının ərazisində hərbi baza yaradılması ilə bağlı bu ölkə ilə Rusiya arasında danışıqlar davam edir. Bu barədə iyunun 5-də Rusiyanın Banqidəki səfiri Aleksandr Bikantov məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
“Mərkəzi Afrika Respublikasında hərbi baza yaradılması məsələsi ikitərəfli münasibətlərin gündəmindədir. Müzakirə iki ölkənin Müdafiə Nazirliyi vasitəsilə aparılır”, - deyə o, bildirib.
Bikantov həmçinin aydınlaşdırıb ki, danışıqlar davam edir, lakin gəliş tarixləri və kontingentin ölçüsü hələlik müəyyən edilməyib.
Bu il aprelin 19-da MAR prezidenti Faustin-Archange Touadera ölkənin şərqində Rusiya hərbi bazasının yaranma ehtimalına işarə etmişdi. Respublika rəhbəri bildirmişdi ki, Mərkəzi Afrika Respublikası rusiyalı təlimatçıların köməyi ilə 10 mindən çox gənc hərbi kadr hazırlayıb.
P.ƏMİRCANOV
XQ