Qaluzin: Ermənistan Rusiya ilə təmaslara maraq göstərmir

post-img

Ermənistan Xarici İşlər və Müdafiə nazirlikləri vasitəsilə Rusiya ilə təmaslara maraq göstərməyi dayandırıb ki, bu da Qərbin təzyiqinin nəticəsidir. Bu barədə iyunun 5-də TASS-a müsahibəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin danışıb. Məlumatı “İzvestiya.ru” verib. 

“2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü olmayıb. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr üçün başqa planın hazırlanması və yekunlaşdırılması təklifimizə tərəfdaşlar maraq göstərmədilər”, - deyə o bildirib. 

Qaluzin onu da qeyd edib ki, hərbi-texniki əməkdaşlıq da “geriləyib” ki, bu da Avropa müttəfiqlərinin təzyiqinin əlaməti ola bilər. Bununla belə, ən mühüm nəticələr ticarət-iqtisadi sahədə əldə edilir.

 

P.ƏMİRCANOV

XQ

Dünya