Aktrisa Fatma Karanfil İstanbulda 73 yaşında xərçəng xəstəliyindən vəfat edib. Bu barədə iyunun 4-də onun meneceri Əsli İslamoğlu məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
“Türk kinosunun və teatrının hörmətli siması Fatma Karanfilin vəfatını dərin hüznlə öyrəndik. Bir çox uğurlu layihələrdə iştirak edən və çoxsaylı mükafatlara layiq görülən Karanfil təkcə aktyorluğu ilə deyil, həm də zərifliyi, zəhməti, insanlığı ilə örnək idi. Onun işığı heç vaxt sönməyəcək, qəlbimizdə və sənət aləmində həmişə parlayacaq”, - İslamoğlu İnstaqram səhifəsində yazıb.
Fatma Karanfil keçən əsrin 60-cı illərində aktyorluğa başlayıb. O, uzun karyerası ərzində çoxsaylı film və seriallarda, o cümlədən “Möhtəşəm yüzil”, “Adımı unut”, “Yanan dərinin istisi”, “Qadağan edilmiş sevgi” kimi layihələrdə rol alıb.
P.ƏMİRCANOV
XQ