FHN yanğın təhlükəsi törədə bilən obyektin fəaliyyətini dayandırıb

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Məlumatı FHN mətbuat xidməti verib. 

Məlumata görə, obyekdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib, obyekt ərazisində yanğına qarşı su hovuzu mövcud deyil, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və s. 

Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar edilmiş “Caspian House” MMC-yə məxsus mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

P.ƏMİRCANOV

XQ





Son xəbərlər