Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

post-img

Şamaxıda 1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub.

Əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir iştirakçıları uşaqları təbrik edərək bu gün ölkəmizdə uşaqların sağlam, hərtərəfli inkişaf etmiş, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradıldığından söhbət açıb, uşaqlara sağlam həyat və xoşbəxt gələcək arzulayıblar.

Sonra tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin hazırladığı musiqi proqramı ilə davam etdirilib.

XQ













Sosial həyat