Bu ilin dörd ayında məcburi dövlət sosial sığorta üzrə 53,6 milyon manat vəsait ödənilib

post-img

2024-cü ilin yanvar-aprel ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 53,6 milyon manat vəsait ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 milyon manat və ya 9,5 faiz çox vəsait xərclənib.

Sosial həyat