Konqo Demokratik Respublikası yeni hökumətin tərkibini açıqlayıb

post-img

Konqo Demokratik Respublikasının prezident ofisi yanvarın sonunda prezident Feliks Tşisekedinin ikinci müddətə səlahiyyətlərinin icrasına başlamasından sonra çərşənbə günü yeni hökumətin tərkibini açıqlayıb.

Sinxua agentliyi xəbər verir ki, Baş nazir Cudit Tuluka Suminvanın rəhbərlik etdiyi yeni hökumət 55 üzvdən ibarətdir.

Tşisekedinin baş siyasi müşaviri Jakmen Şabani Baş nazirin müavini və daxili işlər naziri təyin edilib. O, 2023-cü ildə prezidentin seçki kampaniyasına rəhbərlik edib.

Qeyd edək ki, Konqo Demokratik Respublikasının Konstitusiyasına əsasən, yeni hökumət yalnız aşağı palata yeni baş nazirin milli proqramını mütləq səs çoxluğu ilə təsdiq etdikdən sonra işinə başlayır.

 

 

 

Dünya