Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti yayıb.
Məlumata görə, mayın 24-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara və 4 tüfəng təhvil götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir.
Mayın 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng və 65 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ