ABŞ Prezidenti Donald Trampla sammit zamanı Yaponiyanın baş naziri Sanae Takaichi Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsində iştirak etməkdən imtina edib. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Kihara bildirib.
“Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə töhfə vermək istəyinə cavab olaraq, Yaponiya regionun sabit enerji təchizatı üçün əhəmiyyətini bir daha təsdiqləyib” – deyən Kihara müzakirələrin yekunlaşdığını və Tokionun əlavə öhdəlik götürmədiyini vurğulayıb.
XQ

